SON DƏQİQƏ: İstanbulda güllələnən sumqayıtlı aktyor VƏFAT ETDİ

2897

Türkiyənin İstanbul şəhərinin Fatih bölgəsində iki qrup arasında baş verən silahlı insident nəticəsində biri polis olmaqla 7 nəfər yaralanıb.

Azərbaycanlı aktyor Kamran Dadaşzadə baş verən silahlı insident nəticəsində həlak olub. 

Təsadüf nəticəsində hadisə yerində olan Kamran Dadaşzadə baş nahiyəsindən güllə yarası alıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək olmayıb.

sumqayitxeber.com-un əldə etdiyi məlumata görə Kamran Dadaşzadə son illər ailəsi ilə birgə Türkiyəyə köçüb. Sumqayıtda anadan olan K.Dadaşzadə əmək fəaliyyətinə Sumqayıtda başlayıb. Sumqayıt Dövlət Dram Teatrında çalışıb.

Allah rəhmət eləsin!

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər