Son illər Sumqayıtda 500-ə yaxın lift yenilənib - İH (FOTO)

7010

Sumqayıt şəhərində lift təsərrüfatının yenidən qurulması ilə əlaqədar ötən 6 il ərzində mühüm tədbirlər həyata keçirilib.

Bunu Trend-ə açıqlamasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin (İH) mətbuat katibi Eyvaz Qocayev bildirib. Onun sözlərinə görə, bu ilin ilk 3 ayında şəhərdə istismar müddətini başa vurmuş 63 lift müasiri ilə əvəzlənib:

“Çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi şəhər üzrə ümumilikdə son illərdə 500-ə yaxın lift müasir, yeni elektron tipli liftlərlə əvəz olunub. Yaxın günlərdə isə daha 14 lift dəyişdiriləcək”.

Qeyd edək ki, Sumqayıt şəhərində “Lift-Servis” Birliyi Dövlət Mənzil Fonduna aid hündürmərtəbəli binalarda 594 liftə texniki xidmət göstərir. Azərbaycanda ilk dəfə olaraq Sumqayıtda yaradılmış lift xidmətinin İntellektual İdarəetmə Mərkəzi fəaliyyət göstərir.

Yeni yaradılan inteklektual idarəetmə sistemi vasitəsilə liftlərin dayanması, dayanma səbəbləri, idarəetmə stansiyasında olan ötürücülərin vəziyyəti, gərginlik kəsilən anda fasiləsiz enerji mənbəyinin qoşulması, kabinədən birbaşa danışıq əlaqəsi sisteminin vəziyyəti, sakinlər tərəfindən liftlərin istismarı qaydalarının pozulması haqqında məlumatlar quraşdırılmış xüsusi avadanlıqlar vasitəsilə onlayn rejimdə mərkəzləşdirilmiş İntellektual İdarəetmə Mərkəzinə ötürülür.

https://az.trend.az/azerbaijan/gundem/3400773.html

https://oxu.az/society/479823

https://azvision.az/news/254997/bu-il-sumqayitda-63-lift-yenilenib.html

https://report.az/infrastruktur/bu-ilin-3-ayinda-sumqayitda-63-lift-yenilenib/

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər