Son sutkada COVID-19-dan ölən olmayıb

854

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 22 yeni yoluxma faktı qeydə alınıb, 48 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 188 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 252 nəfər müalicə olunaraq sağalıb, 9703 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 233 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3867, bu günə qədər isə ümumilikdə 6 735 182 test icra olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər