Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinə yeni üzv təyin edilib

800

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinə yeni üzv təyin edilib.

“Report” xəbər verir ki, Prezident İlham Əliyev Elşad Mirbəşir oğlunun Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü təyin edilməsi haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, Elşad Mirbəşir oğlu siyasi elmləri üzrə fəlsəfə doktoru, tanınmış siyasi şərhçidir.

Sosial Tədqiqatlar Mərkəzi ölkə başçısının fərmanı ilə bu ilin 8 fevral tarixində yaradılıb və İdarə Heyətinin sədri deputat Zahid Orucdur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər