Şoyqu Azərbaycan və Ermənistan müdafiə nazirlərinə ZƏNG ETDİ

1021

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Azərbaycanın müdafiə naziri Zakir Həsənova və Ermənistanın müdafiə naziri David Tonoyana zəng edib.

 

Modern.az Rusiya Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, rusiyalı nazir tərəfləri Moskvada əldə olunmuş atəşkəs razılaşmasına riayət etməyə çağırıb.

“Danışıqlar zamanı Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu azərbaycanlı və erməni həmkarını Moskvada 10 oktyabrda əldə olunmuş atəşkəs razılaşmasını tam miqyasda yerinə yetirməyə çağırıb”- deyə açıqlamada vurğulanıb.

 

Xatırladaq ki, Qarabağda sentyabrın 27-də başlayan döyüşlər oktyabrın 10-na qədər davam edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər