Şoyqu ilə Lavrov Ermənistandadır – Yenilənib

173

Rusiya Müdafiə Nazirliyinin başçısı Sergey Şoyqu Rusiya Federasiyasının idarələrarası nümayəndə heyəti ilə birlikdə Yerevana gəlib.

“Qafqazinfo” xəbər verir ki, Nazirlər Kabinetinin müəyyən etdiyi kimi, idarələrarası nümayəndə heyətinin üzvləri bu gün Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcəklər.

Ermənistan Baş nazirinin mətbuat katibi Mane Gevorgyan “RİA Novosti”yə bildirib ki, Şoyqu artıq Paşinyanla görüşdədir.

Sputnik Ermənistanın mənbələri, öz növbəsində, xarici işlər naziri Sergey Lavrovun, həmçinin Baş nazir müavinləri Aleksandr Novak, Aleksey Overçukun və Fövqəladə Hallar Nazirliyinin başçısı Yevgeni Ziniçevin də daxil olduğu Rusiya hökumətinin digər nümayəndələrinin də səfərlərinin gözlənildiyini bildiriblər.

***

 “TASS” agentliyinin yaydığı məlumata görə, onunla birgə Rusiya xarici işlər naziri Sergey Lavrov da Ermənistanda səfərdədir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər