Stomatologiyada lazer texnologiyası - "AQS dental center”dən TÖVSİYƏ

593
sumqayitxeber.com  “AQS dental center”in həkim-stamotoloqu Ellada Abbasovanın  “Stomatologiyada  lazer texnologiyasının tətbiqi” mövzusunda yazısını təqdim edir:
Bütün insanlar ağız boşluğun problemlərini ağrısız və kontaksız müalicə etmək istəyirlər. Lazer stomatoloqiyası diş həkimindən çəkinən insanlar üçün ən optimal çıxış yoludur.
Lazer (Laser) stomatologiyası nədir?
Lazerlər tibb sahəsində 60-cı ildən bəri tətbiq olunurlar. Yaxın zamanlara qədər stomatologiya sahəsində lazer enerjisindən yalnız diş ağartma və yumşaq toxuma əməliyyatlarında istifadə olunurdu. İndiki zamanda onun tətbiq sahəsi xeyli genişlənmişdir. Atomlaşmış sutozunun (aerozolun) lazer enerjisiilə birləşməsi nəticəsində əldə edilən hidrokinetik enerji prinsipi ilə işləyən yeni diş lazeri qurğusu ilə həm sərt (diş minası, dentin, sümük), həm də yumşaq toxumalarda (diş əti, selikili qişa) müxtəlif müdaxilələr aparmaq mümkündür. Bunlardan aşağıdakı manipulyasiyaları qeyd etmək olar: dişlərin təmizlənməsi və ağardılması, həssas dişlərin həssaslığının aradan qaldırılması, dişlərin karioz törəmələrdən təmizlənməsi, dişlərin kök kanallarında müxtəlif prosedurlar, tünd rəngli diş ətlərinin rənginin açılması, diş ətinin şəkilləndirilməsi, uçuqlamaların və aftaların müalicəsi, çənə sümüyündə və diş ətində hər növ cərrahi əməliyyatlar və s.
Son zamanlar lazer texnologiyası dental implantologiya sahəsində tətbiq olunmağa başlamışdır. Bunun sayəsində implantoloji müdaxilələrlə bağlı cərrahi əməliyyatlar sadələşmiş və onları daha qısa müddətdə həyata keçirtmək mümkün olmuşdur.
Lazer qurğusu ilə işlədikdə titrəmələr baş vermir və bunun sayəsində sərt və yumşaq toxumalarda aparılan kiçik müdaxilələrdə anesteziyaya ehtiyac olmur. Bu səbəbdən, diş həkimindən qorxan hər yaş qrupunda olan xəstələr üçün lazerlə müalicə çox münasib ola bilər. Bundan əlavə, yumşaq toxumalarda qansız müdaxilələr aparmaq mümkün olur və onların sağalması çox sürətlə gedir.
Keramik laminat vinir hazırlığında diş səthini mükəmməl hazırlaya bilir.
Lazer stomatologiyası sayəsində müalicə müddətini qısaltmaq, daha az səylə daha müvəffəqiyyətli nəticələr əldə etmək mümkün olur.
Xalq arasında “lazer” plomb deyilən, kompozit restavrasiyaların bir işıq mənbəyi ilə sərtləşdirilməsi prosedurası lazer tətbiqləri ilə qarışdırılmamalıdır.
Lazer tətbiqinin üstünlükləri və istifadə sahələri
Yeni nəsil stomatoloji lazerlə dişə və digər toxumalara təmas etmədən işləmək mümkündür. Bunun sayəsində, ağrıya səbəb ola bilən titrəmə, sürtünmə və istilik yaranmır və buna görə də dişi ağrısızlaşdırmağa gərək qalmır. Lazer şüası, cihazın ucundan çıxan suyla birləşərək (hidrokinetikenerji) toxumalara çatdırılır.
İmplantatlarla müalicənin protezləmə mərhələsində implantatın üstünün cərrahı yolla açılması (ikinci cərrahi etap) lazerlə daha asan, səliqəli və qısa zamanda həyata keçirilə bilir.
Lazer istifadə olunan bölgələrdə 100 % dezinfeksiya və sterilizasiya təmin edildiyi üçün infeksiyalaşma riski olmur.
Lazerlə aparılan cərrahı müdaxilələrdə əməliyyat zamanı qanaxma deməkolar ki, olmur. Əlavə olaraq, adətən hər bir cərrahi müdaxilədən sonra yaranan şişkinlik, narahatlıq və fəsad ehtimalları azalır və sağalma müddəti qısalır.
Lazerlə aparılan diş ağartma əməliyyatları çox qısa müddət ərzində həyata keçirilir və daha effektiv olur.
Diş ətlərində genetik olaraq həddindən artıq dərəcədə bənövşəyi rənglənmə (hiperpigmentasiya) olan xəstələrdə 3 və ya 4 seansa lazerlə soyma (peeling) əməliyyatı apararaq, bu problemi ortadan qaldırmaq mümkün olur.
Lazer diş ətinin və yumşaq toxumaların patoloji dəyişikliklərinin (yaralar, törəmələr) müalicəsində də istifadə edilir. Ağız içində yaranan fibromalar (toxumalardakı zərərsiz patoloji törəmələr) lazerlə çox asan ortadan qaldırılır.
Estetik stomatologiyada keramik laminatlar, empress qapaqlar  və sirkonium qapaqların  fiksasiyasından (sementlənməsindən) əvvəl diş səthini lazerlə aşındırmaqla onların fiksasiyası xeyli güclənir.
Lazer ilə müalicə hətta alergik insanlar ve hamilə qadınlar üçün icazə verilir.
Tez sağalma ve qansız müalicə uşaqlar üçün daha uyğundur.

AQS CENTER MƏRKƏZ
Ünvan: Sumqayıt şəhəri, 13 mk-n, Babək prospekti, ev 55
Telefonlar: (018) 656 35 13, (018) 648 51 40, (018) 648 51 41, (012) 418 56 65, faks: (018) 656 37 94
Mobil: (055) 854 25 98
AQS CENTER FİLİAL
Ünvan: Sumqayıt şəhəri, 4-cü məh, ev 14/33, mənzil 17
Telefonlar: (018) 654 33 94, (018) 654 33 95
Mobil: (051) 750 37 73
E-mail: aqs@aqsdental.az
Web site: www.aqsdental.az
Facebook: aqscenter

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər