STP Şirkətlər Qrupu Azərbaycanda ilk dəfə dizel generatoru istehsal edir

811

STP Şirkətlər Qrupu 19 iyul 2022-ci il tarixində media nümayəndələri üçün istehsalat turu təşkil edib. Azərbaycanın 17 aparıcı media qurumundan 30-a yaxın jurnalistin iştirak etdiyi tur zamanı Şirkətlər Qrupuna daxil olan “STP Global Cable”ın istehsal etdiyi dizel generatorlarının təqdimatı olub. Qeyd edək ki, Azərbaycanda daha öncə dizel generatorlarının istehsalı həyata keçirilməyib və STP-nin istehsalı Azərbaycan üçün ilkdir.
Media üçün istehsal turunda ilk öncə jurnalistlərə SƏTƏM təlimi keçirilib. Daha sonra Kabel və dizel generatorlarının istehsalı həyata keçirilən Elektrik Avadanlıqları istehsalı sahəsi ilə tanışlıq oldu. Jurnalistlər ilk olaraq, ümumi istehsalat, daha sonra isə yeni məhsul olan dizel generatorlarının istehsalı prosesi ilə tanış olublar. Detalların hazırlanmasından avadanlığın hazır məhsul formasına gətirildiyi yığım sahəsinə qədər hər bir detal medianın marağına səbəb oldu.
Müəssisədə güc diapazonu 15KVA-2000KKVA güc diapazonunda dəyişən dizel generatorlarının istehsalı planlaşdırılır. Şirkət ilkin olaraq, iki model, 27.5 KVA və 55KVA dizel generatorlarını istehsal edib. Yaxın gələcəkdə modellərin sayı artırılacaq. İstehsal olunan hər generatorun çıxış gərginliyi 220-400 volt aralığındadır.
İstehsal prosesi ilə tanışlıqdan sonra ümumi təqdimat keçirildi. Tədbirin sonunda jurnalistlərə hədiyyələr təqdim edildi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər