Sumqayıt 6 ay əvvəl meyiti tapılan şəxsin kimliyi araşdrılır

1054

2021-ci il sentyabrın 29-da Sumqayıt şəhəri, Novxanı bağları ərazisində 60-70 yaşlarında naməlum kişi meyiti aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, onun xarakterik əlamətləri belədir: Boyu 163 santimetr, arıq bədən quruluşludur.

Kimliyi istintaqa məlum olmayan, şəkildə gördüyünüz bu şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 – Xidməti Zəng Mərkəzi”nə, həmçinin Sumqayıt Şəhər Polis İdarəsinə (+99418) 654-02-02 şəhər və (050) 392-10-10 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər