Sumqayıt-Bakı qatarında qız huşunu itirdi

1148

Bu gün Bakı-Sumqayıt-Bakı sürət elektik qatarında 20-25 yaşlarında gənc qız huşunu itirərək yerə yıxılıb.

SİA-nın eksklüziv olaraq verdiyi məlumata görə, səhər saat 8:00-da Sumqayıtdan Bakıya gələn sürət elektrik qatarı Bakı Sərnişin Stansiyasına daxil olmağa az qalmış gənc qız ani sürətdə huşunu itirib və qatarda olarkən yerə yıxılıb. Sərnişinlərin müdaxiləsi nəticəsində qıza köməklik edilib və hadisə ilə bağlı qatarın maşinistinə xəbər verilib.

Qatar stansiyaya çatandan sonra isə həkim müdaxiləsi nəticəsində qız özünə gəlib və normal vəziyyətinə qaytarılıb.

Müəllif: Ceyhun Rasimoğlu

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər