Sumqayıt Bələdiyyəsi koronavirusla bağlı maarifləndirmə işlərinə başladı

1019

Məlum olduğu kimi, ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilib, eyni zamanda profilaktik tədbirlər həyata keçirilir.

Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən də Nazirlər Kabinetinin yanında operativ qərargahın təlimatlarına uyğun olaraq tədbirlər davam etdirilir. Şəhərdə aparılan preventiv tədbirlərdə Sumqayıt Bələdiyyəsi də iştirak edir.
Bələdiyyədə yaradılmış qərargahda iki maarifləndirici qrup formalaşdırılıb. Bələdiyyənin icra aparatının əməkdaşlarından və Bələdiyyə üzvlərindən ibarət qruplar şəhərdə, eləcə də şəhərətrafı yaşayış massivlərində əhali arasında maarifləndirmə işi aparır, xüsusi karantin rejimi barədə məlumatlandırır, sosial izolyasiya şərtləri, gigiyenik normaların əks olunduğu bukletlər paylayırlar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər