Sumqayıt Bulvarında fiziki məhdudiyyətli şəxslər üçün “İdman et, sağlam qal” layihəsi

717

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “İdman et, sağlam qal” adlı layihəsi davam edir.
Layihənin məqsədi əlilliyi olan şəxslər arasında sağlam həyat tərzinin təbliğ edilməsidir.
Agentliyin Sumqayıt Reabilitasiya Mərkəzində bərpa müalicə kursu alan əlilliyi olan şəxslərin, həmçinin Vətən Müharibəsi əlillərinin iştirakı ilə Sumqayıt Bulvarında yoqa və idman məşqləri həyata keçirilib.
Fiziki aktivlik əlilliyi olan şəxslərin sosial-psixoloji vəziyyətlərinin yaxşılaşdırılması və cəmiyyətə inteqrasiyası istiqamətində mühüm rol oynayır.
Əlilliyi olan şəxslərin sağlam həyat tərzini mənimsəmələri məqsədilə məşqlər mütəmadi davam etdiriləcəkdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər