Sumqayıt çimərlik mövsümünə hazırdır – VİDEO

5053

Sumqayıt çimərlik mövsümünə hazırdır - VİDEO

Çimərlik doludursa, əlavə 1 nəfər şəxs belə qəbul edilmir

Çimərliklər sərt karantin rejimindən sonra açıldığı andan etibarən artıq müəyyən qaydalar üzrə fəaliyyət göstərirlər.İçəri daxil olarkən mütləq şəkildə vətəndaşların temperaturu yoxlanılmalı, spirtlənməli və əgər həmin çimərlik üçün doluluq səviyyəsi, limiti keçilməyibsə, o zaman daxil ola bilərlər.

Bu gün Sumqayıt çimərliklərində çəkiliş apardıq. Burada hər əraziyə çimərlik üzrə Sumqayıt şəhər icra hakimiyyətinin nümayəndələri,asan könüllüləri ,fövqəladə hallar nazirliyinin xilasediciləri və polis əməkdaşları cəlb olunublar.Həmin şəxslər isə vətəndaşlara çimərlikləri tam təhlükəsiz etmək üçün təhkim olunublar.

Çimərliklərdə də 5 nəfərdən artıq toplaşmaq qadağandır. Vətəndaşlar səhər 8-dən axşam 9-dək çimərliklərdən istifadə edə bilərlər. Həyata keçirilən bu qaydalar isə vətəndaşları narahat etmir. Onlar çox gözəl bilirlər ki, bütün adtılan addımlar onların sağlamlıqları üçündür.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər