Sumqayıt daha bir ilkə imza atdı: elektron dezinfeksiya tunelinin istehsalına başlanıldı (Foto) VİDEO)

1594

STP və SmartHome şirkətləri  elektron dezinfeksiya tuneli istehsal etməyə başlayıb

Azərbaycanın qeyri-neft sektorunun qabaqcıl şirkəti olan Sumqayıt Texnologiyalar Parkı(STP) və ölkəmizin ilk və tək Ağıllı ev və Bina idarəetmə sistemləri istehsalçısı olan SmartHome şirkəti Elektron Dezinfeksiya Tuneli istehsal ediblər. “Elsmart” brendi altında istehsal  olunan  bu məhsulun elektron sistemi və beyni SmartHome,  konstruksiyası və gövdəsi STP-nin Elektrik Avadanlıqları Zavodunda hazırlanır.
Dezinfeksiya Tuneli tam avtomat rejimdə çalışır.  İnsanlar tuneldən keçdikdə hərəkət sensorları sistemi işə salır və qısa müddət ərzində dezinfeksiya məhlulu püsgürdülərək  insanın üzəri heç bir toxunma olmadan tam dezinfeksiya edilir.
Dezinfeksiya məhlulu  buxar şəklində püskürdüldüyü üçün insanın geyimini yaş etmir. Bu, məhlulun xüsusi mühərrik vasitəsilə 0.3 mm-lik  ucluqlardan yüksək təzyiqlə çıxması hesabına əldə olunur. Nəticədə  maye  narın yayılaraq toz halında dağılır. Buxar formasına olmasına baxmayaraq geyimlərdəki bakteriya və virusları  təmizləməyə kifayət edir. Tunelin insan sağlamlığına heç  bir zərərli təsiri yoxdur.
Sistemə istəkdən asılı olaraq 50-200  litr arası çənlər quraşdırılır. 200 litrlik məhlul ilə  ortalama  6500-7000 insanın dezinfeksiya etmək mümkündür.  İstifadə olunan məhlul xüsusi tərkibə malikdir və Türkiyədə keçirilən testlər vasitəsilə Koronavirusu öldürməsi təsdiq olunub.
Dezinfeksiya Tunellərindən yalnız pandemiya dövrü  üçün deyil,  həmçinin  mövsümi bakteriya və virusların  profilaktikası, habelə gələcəkdə yaranacaq  yoluxucu xəstəliklərin qarşısını almaq üçün istifadə oluna bilər.  Yeni məhsul məktəblərin, xəstəxanaların,  ofis və istehsal sahələrinin, ticarət mərkəzlərinin, avtobus və dəmiryol vağzallarının, metroların girişlərində və insanların kütləvi hərəkət etdiyi digər  məkanlarda quraşdırıla bilər.
Hazırda STP-nin Elektrik Avadanlıqları Zavodu gündə  25-30 ədəd məhsul istehsal etməyi nəzərdə tutur. Müəssisədə quraşdırılmış ən son avadanlıqlar sifarişlər artdıqca istehsal həcminin də artırılmasına imkan verir.
Məhsulun  sadə konstruksiyası müştərinin istəyinə uyğun dəyişiklik və əlavələr etməyə  imkan verir.  Asanlıqla xüsusi təkərlər  quraşdırılaraq  daşınılan versiyasını hazırlamaq mümkündür.
Dezinfeksiya Tunellərinin  həm yerli, həm də beynəlxalq bazarda satışı nəzərdə tutulur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Elshen
    May 20, 2020 - 03:40

    Salam əhsən xalqım .çox qozel həmişə belə yeniliklə bizi sevindiresiniz bu aparatın qiyməti neciyedi obyektə almaq fikirim var 0505839898

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər