Sumqayıt Dövlət Dram Teatrı ölkə başçısına təşəkkür edib

331

Sumqayıt Dövlət Dram Teatrı Ölkə Başçısı İlham Əliyevə təşəkkür edib. sumqayitxeber.com xəbər verir ki,  təşəkkür məktubunda deyilir:

Möhtərəm Cənab Prezidentimiz!

Sumqayıt Dövlət Dram Teatrının 50 illik yubileyi ilə bağlı Sizin müvafiq Sərəncamınıza əsasən kollektivimizin bir qrup üzvü fəxri adlar və medallarla təltif edilib. Aktrisalar Sədaqət Nuriyeva, Xatirə Süleymanova və aktyor Mövsüm Hüseynov Əməkdar artist fəxri adına layiq görülüblər.

Həmçinin teatrın əməkdaşları Ruxsarə Cəfərova, Habil Xanlarov, Vəfa Qurbanova, Vidadi Məmmədov, Mayə Məmmədova, Akif Mirzəyev və Arif Müzəffərov “Tərəqqi” medalı ilə təltif olunublar.

Bu mükafatlar dövlətimizin, şəxsən Sizin milli mədəniyyətimizə , teatr sənətinə verdiyiniz yüksək diqqətin və qayğının təzahürüdür. Sumqayıt Dövlət Dram Teatrının rəhbərliyi və kollektivi adından bir daha Sizə öz dərin minnətdarlığımızı bildirir və bundan sonra da bizə göstərilən etimadı, yüksək dəyəri yeni və daha maraqlı səhnə əsərləri ilə doğrultmağa çalışacağıq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər