Sumqayıt Dövlət Dram Teatrı şəhərin 70 illik yubileyinə tamaşa hazırlayır - VİDEO

2231

Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bu ilin noyabr ayında Sumqayıt şəhərinin 70 illik yubileyi təntənəli şəkildə qeyd olunacaq. Artıq şəhərdə yubiley ab-havası hiss olunmaqdadır. Sumqayıt Dövlət Dram Teatrı da şəhərin önəmli bayramına öz yaradıcılıq töhfəsini verməyə hazırlaşır. Yeni səhnə əsərinin – “Sevgilim Sumqayıt” tamaşasının hazırlanmasına start verilib.

Dram teatrının yeni layihəsi  şəhərin 70 illik   yubileyinə həsr olunub. Layihənin rəhbəri və ideya müəllifi teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov, pyesin müəllifi Əməkdar İncəsənət Xadimi, yazıçı-dramaturq Əli Əmirli, quruluşçu rejissoru Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru Xalq artisti Firudin Məhərrəmovdur.

“Sevgilim Sumqayıt” adlanan yeni layihə Sumqayıt şəhərinin yaranması,  onun ilk sakinlərinin əmək fəaliyyəti, ümumiyyətlə Sumqayıtın  dünəni, bu günü və sabahı haqqında bədii, dolğun və təsirli sujet xətti ilə, müxtəlif xarakterli maraqlı obrazlarla zəngin səhnə əsəridir.

Sumqayıt sakini bir qadının həyatından bəhs edən “Sevgilim Sumqayıt” əsərində teatrın gənc və orta nəsil aktyorları rol alıb.

Onu da qeyd etmək yerinə düşər ki,ölkə prezidenti  bu yaxınlarda teatrlara maddi yardım üçün vəsait ayırıb.Sumqayıt Dövlət Dram Teatrına da 100 min ayrılıb.Ayrılan vəsait maddi texniki bazasın təkmilləşdirilməsində,eləcə də keyfiyyətli tamaşaların hazırlanmasında mühim rol oynayır.

İnanırıq ki, Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş sözügedən “Sevgilim Sumqayıt” tamaşası  Sumqayıt Dövlət Dram Teatrı  kollektivindən  şəhərin sakinlərinə layiqli yubiley hədiyyəsi olacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər