Sumqayıt Dövlət Dram Teatrın şəhər gənclərinə töhfəsi

417

Sumqayıt Dövlət Dram Teatrında hər zaman gənclərə önəm verilir. Məhz son iki ildə bir neçə gənc aktyor truppasına qəbul olunub. Yeni hazırlanan tamaşalarda və repertuar tamaşalarında gənclərin təcrübələrini artırması üçün imkan yaradılır. Kiçik yaşlı tamaşaçılarda teatra marağın artırılması, məktəblilərlə görüşlərin təşkil edilməsi yönündə bir çox layihələr həyata keçirilməkdədir.

AZƏRTAC xəbər verir ki, Sumqayıt teatrı fevralın 2-də – Gənclər Günündə C.Cabbarlının “Solğun çiçəklər” tamaşası ilə teatrsevərlərin görüşünə gələcək.

Fevralın 2-də saat 18:00-da nümayiş olunacaq nakam sevgi dramında obrazları Əməkdar artistlər İzaməddin Bağırov, Cəlal Məmmədov, Sədaqət Nuriyeva, aktyorlar İlahə Səfərova, Şəhla Məmmədova, İlqar İbrahimov canlandıracaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər