Sumqayıt Dövlət Dram Teatrının planlaşdırdığı layihə gerçəkləşib FOTOLAR

313

Sumqayıt Dövlət Dram Teatrının Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə planlaşdırdığı kreativ layihə gerçəkləşib. Teatr truppası şəhər icra hakimiyyətinin qarşısındakı meydana toplaşaraq qış nağılının qəhrəmanları ilə birgə Yeni ili qarşılayıb.

Tədbirə şəhər ictimaiyyəti, sakinlər və qonaqlar da qatılıblar. Şaxta baba və Qar qız meydan məzhəkə teatr estetikası prinsipləri ilə tamaşaçılarla birbaşa ünsiyyətə girərək onların arzu və istəklərindən nali olublar. Rəqs qrupu kiçik yaşlı uşaqları rəqsə dəvət edib. Əlbəttə, arada aktyorların improvizəsi də, şən, bayram əhval ruhiyyəli musiqi nömrələri də tədbirə xüsusi ovqat bəxş edib. Bir sözlə , bu gün şəhər sakinləri unudulmaz bir gün yaşadıblar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər