Sumqayıt Dövlət Rəsm Qalereyasında sərgi keçirilib -FOTOLAR

1062
Martın 4-də Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası tərəfindən hazırlanan “Biz” filminin nümayişi baş tutub.
Təqdimat mərasimini giriş sözü ilə açıq elan edən Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev tədbir iştirakçılarını və təşkilatçıları salamladı.
Daha sonra Bakı Media Mərkəzinin icraçı direktoru, “Biz” tarixi-sənədli filminin ideya müəllifi və rejissoru Orman Əliyevin, yazıçı-ssenarist Hafiz Ataxanlının çıxışları dinlənildi.
Təqdim olunan 41 dəqiqəlik ekran əsəri Azərbaycanın 44 günlük Vətən müharibəsinə həsr olunub. Filmdə Vətən müharibəsi dövründə müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qəhrəmancasına döyüşən Azərbaycan əsgərinin, eləcə də arxa cəbhədə vətənpərvər sadə vətəndaşların bu tarixi Qələbənin əldə olunmasında rolu əks etdirilib.
Sənədli filmin süjet xəttində müharibə dövründə fenomenə çevrilən, fotosu, videosu ən çox paylaşılan, ən çox müzakirə olunan sadə insanların müsahibələrinə yer verilib. Müharibədə baş verən taleyüklü hadisələri məhz onlar və həmin anın şahidləri – əsgərlər, həkimlər, təqaüdçülər, bloqqer, jurnalistlər danışırlar və həmin vaxt keçirdikləri hissləri tamaşaçı ilə bölüşürlər.
Təsirli səhnələrlə yada qalan film tamaşaçılar tərəfindən gurultulu alqış sədaları ilə qarşılandı.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər