“Sumqayıt Dövlət Universiteti İnnovasiya Ekosisteminin yaradılmasında mühüm rol oynaya bilər”

1247

SDU 60

“İnnovasiya Menecmenti və TRİZ” İnstitutunun İdarə Heyətinin sədri prof. Ali Kutvan İnnovasiya Ekosisteminin yaradılmasında Sumqayıt Dövlət Universitetinin rolundan danışıb.

Professor Ali Kutvan bildirib ki, üçlü əməkdaşlıq modeli çərçivəsində Universitet-Sənaye-Dövlət əməkdaşlığı, universitetlərin və digər elmi müəssisələrin sənaye və dövlətlə birlikdə həyata keçirdiyi Bilik Cəmiyyətinə keçid üçün xüsusi balanslaşdırılmış konfiqurasiyaya daxildir. Üçlü əməkdaşlıq modelinin əsas iddialarından biri budur ki, ziyalılar, biznes və hökumət innovasiya üçün ən əlverişli şəraiti təmin etmək üçün birlikdə qarşılıqlı fəaliyyət göstərir və institusional olaraq innovasiya və inkişafı təşviq edir. İntellektual kapital innovasiya imkanlarını artıra bilər. Elm adamları texnologiya və innovasiyaların yeni biznes təşəbbüslərə transferində mühüm hərəkətverici qüvvədir. Universitet biliyə əsaslanan cəmiyyətə keçiddə mühüm rola malikdir. Həqiqətən də, innovasiya getdikcə daha çox elmi biliyə və ixtiraya əsaslandığı üçün universitetlərin bilik generatorları kimi rolu getdikcə daha çox dəyər qazanır. İkinci dünya müharibəsindən sonra elm fundamental tədqiqat formasında universitetlərin əlinə keçərək bu gün elmin inkişafının əsas aktorlarına çevrilib. Bu prosesdə universitetlər və onların tədqiqat və təhsil funksiyaları iqtisadi inkişafa təkan verən bilik və işçi qüvvəsinin təmin edən əsas qurumlar kimi tədricən ön plana çıxdı.

Professor Ali Kutvan əlavə edib ki, informasiya və texnologiya istehsalını asanlaşdıracaq hüquqi və inzibati tənzimləmələrin həyata keçirilməsi ictimai idarəetmənin inkişaf edən bir sahəsi kimi ortaya çıxır. Dövlət idarəçiliyində innovasiya ekosisteminin yaradılması bu gün özünü əsas məqsəd və vəzifə kimi göstərir. İnnovasiya ekosisteminin yaradılması həm milli, həm də regional strategiya sənədlərinin mövzusudur. İstehsal proseslərində informasiyanın artan rolu və bunun nəticəsində qlobal iqtisadiyyatda baş verən dəyişiklik texnologiya istehsalına baxışı da dəyişir. Texnologiya indi informasiya məzmunu və təsirləri baxımından sosial-iqtisadi bir proses olaraq təsvir olunur. Universitetlər cəmiyyətin bütün sahələrində, xüsusən də sənayedə lazım olan bilik istehsal edən və insan kapitalını yetişdirən qurumlar kimi mühüm rol oynayırlar. Burada Dövlət sənaye və universiteti bir araya gətirən funksiyanı yerinə yetirə bilər.

Ali Kutvan vurğulayıb ki, bu konteksdə Azərbaycanın ən inkişaf etmiş iri sənaye mərkəzlərindən biri olan Sumqayıt şəhərində fəaliyyət göstərən və 60 illik bir tarixə malik olan Sumqayıt Dövlət Universiteti innovasiya ekosisteminin yaradılması və inkişafında mühüm rola malikdir. Sumqayıt Dövlət Universitetinin rəhbərliyini, müəllim heyətini və tələbələri 60 illik yubileyi münasibəti ilə təbrik edirəm. İnanıram ki, Sumqayıt Dövlət Universiteti gələcək fəaliyyətində Universitet-Sənaye-Dövlət münasibətlərində innovasiyaya əsaslanan bir çox uğurlu layihələr həyata keçirəcək və bu fəaliyyətlərində uğurlar arzulayıram.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • İlham Əhmədov.
    Oktyabr 26, 2022 - 13:08

    Gözəl təşəbbüsdür. Bu sahələrdə geriliyimiz çoxdur. Prof. Əli bəy Kutvana və SDU kollektivinə uğurlar arzu edirəm. Əsası zəmanəmizin görkəmli alimi, Lütvüzadənin layiqli davamçısı prof. Rafiq Əliyev tərəfindən qoyulan SDU -nə bu məsələlərdə nailiyyətlər arzu edirəm.

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər