Sumqayıt Dövlət Universitetinin tanınmış alimi vəfat etdi

1201
Sumqayıt Dövlət Universitetinin Riyaziyyat fakültəsinin Diferensial tənliklər və optimallaşdırma kafedrasının dosenti Bakir Yusifov vəfat edib.
sumqayitxeber.com xəbər verir ki, 72 yaşında dünyasını dəyişən Yusifov Bakir Məhəmməd oğlu 1949-cu il sentyabrın 16-da Gədəbəy rayonunun Ağamalı kəndində anadan olub. 1966-cı ildə BDU-nun Mexanika Riyaziyyat fakültəsinə daxil olub və 1971-ci ildə təhsilini başa vurub. 1983-cü ildə fizika riyaziyyat elmləri namizədi elmi dərəcəsi, 1993-cü ildə isə dosent elmi adı almışdır.
Dosent Bakir Məhəmməd oğlu Yusifov 80-ə yaxın elmi məqalə, o cümlədən, 1 monoqrafiya, 10-dan artıq dərs və metodiki vəsaitin müəllifidir.
Ailəli idi, iki övladı var.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər