“Sumqayıt” FK-nun nəzdində yeni komanda yaradılıb-FOTOLAR

1612

Hazırda “Sumqayıt” Futbol Mərkəzinin tikintisi davam etməkdədir. Klubumuz mərkəz hazır olduqdan sonra uşaq futboluna daha çox önəm verməyi planlaşdırır. Bu səbəbdən “Sumqayıt” Futbol Klubu gələcəyi düşünərək klubun nəzdində yeni komanda yaradıb. Belə ki, 5-7 yaş futbolçular arasında seçim başlanılıb. Seleksiyadan uğurla keçən futbolçular komandaya dəvət olunur. Məşqlər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri saat 14:00-dan 15:00-dək Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilir.

 

 

 

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər