“Sumqayıt” futbol klubunun prezidenti: Bu uğuru şəhərimizin 70 illik yubileyinə həsr edirik

271

Azərbaycan Kubokunda yarımfinal mərhələsinə yekun vurulub. “Sumqayıt” futbol klubu səfərdə “Zirə” ilə qarşılaşıb. Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmada 3:3 hesabı qeydə alınıb. İki oyunun nəticəsinə əsasən “Sumqayıt” tarixində ilk dəfə Azərbaycan Kubokunun finalına vəsiqə qazanıb.

“Sumqayıt” futbol klubunun prezidenti Riad Rəfiyev bununla bağlı AZƏRTAC-ın müxbirinə açıqlamasında deyib: “Bu uğuru şəhərimizin 70 illik yubileyinə həsr edirik. Qismət olsa, Kuboku da Sumqayıta gətirərik”.
Riad Rəfiyev “Sumqayıt” azarkeşlərinin mayın 19-da Naxçıvanda keçiriləcək final matçını stadiondan izləyə bilməsi üçün çalışacaqlarını bildirib.

“Avropa Liqasına vəsiqə qazansanız, yenə yerli futbolçularla çıxış edəcəksinizmi” sualına klub prezidenti belə cavab verib: “Bizim öz strategiyamız, siyasətimiz var. Neçə illərdir bu strategiya ilə davam edirik. “Sumqayıt” tarixində ilk dəfə yerli futbolçularla finala yüksəldi. Bundan sonra necə olacağını deyə bilmərəm. Amma hazırkı strategiyamız bizi tam qane edir. Bəziləri buna inanmırdılar. Azərbaycanlı futbolçularla uğur qazanmağın çətin olduğunu bildirirdilər. Amma biz bunun əksini sübut etdik”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər