SUMQAYIT GƏNCLƏRİ LAYİHƏ TƏKLİFLƏRİNİN YAZILIŞINI ÖYRƏNDİLƏR

710

DDSH_logo_az_168939031_407470235Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarında Dövlət Dəstəyi Şurasının maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyilə Gənc İstedadlara Dəstək Fondu 30 aprel-2 may 2010-cu il tarixlərində Sumqayıt şəhərinin Nəsimi adına mədəniyyət və istirahət parkında yerləşən “Zümrüd” restoranında “Sumqayıt şəhərində fəaliyyət göstərən gənclər təşkilatlarının bacarıqlarının artırılması” layihəsi çərçivəsində 20 nəfərdən ibarət gənclər təşkilatlarının nümayəndələri üçün “Layihə dövrünün idarəedilməsi, layihə dizaynı və layihənin yazılışı” mövzusunda treyninq-seminar keçirmişdir.
Fondun prezidenti Rüstəm Sadıqzadə təşkilat və layihənin mahiyyəti haqqında iştirakçılara məlumat çatdırmışdır.Sonra təlimçi Rəsul Hüseynzadə tərəfindən layihə dövrünün idarəedilməsinin müxtəlif mərhələləri, layihə yazılışında problemləri, məqsədlərin müəyyən edilməsi, layihələrdə fəaliyyətlərin qurulması, laihələrin planlaşdırılması, monitorinqi, büdcənin tərtib edilməsi və digər mövzular interaktiv təlim metodu ilə iştirakçılara çatdırılmışdır. Təlim əsasında iştirakçılar layihənin yazılması ilə bağlı praktiki qrup işlərinin həyata keçirərək layihənin yazılması qaydalarını öyrənmişdir.İştirakçılar bu cür təlimlərin davamlı və daha uzun müddətə keçirilməsinin zəruriliyini bildirmişdir.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilmişdir. Ismayıl Kərimov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər