Sumqayıt gəncləri yeni layihə həyata keçirəcəklər

177

“Sağlam Düşüncə” Gənclər Təşkilatı 7-11 sentyabrda Qusarda “Sumqayıt Gənclərinin EKO Şəbəkəsi” adlı layihə həyata keçirəcək.

Bu barədə Gün.Az Gənclər Fondunun rəsmi saytına istinadən xəbər verir.

Layihə Fondun maliyyə dəstəyi ilə keçirilir.

Əsas məqsəd gənc nəslin kollektiv və fərdi şəkildə ekoloji maarifçilik fəaliyyətinə cəlb olunmasıdır. Həmçinin ekoloji maarifçilik fəaliyyətində yaradıcı üsullardan istifadə etməkdir.

Düşərgədə əsasən bloger, jurnalist, ekoloq, iqtisadçı və s. sahələrlə maraqlanan gənclər olacaq.

Layihə vasitəsi ilə Sumqayıt Gənclərinin EKO şəbəkəsi yaradılacaq.

Düşərgədə gənclər üçün ekoloji problemlər, eko-menecmet və ekoloji advokasi kampaniyalarının (ictimai maraqların müdafiəsi) təşkil edilməsi haqqında təlimlər də keçiriləcək.

Qeyd edək ki, təlimlər bu sahədə təcrübəli təlimçi-ekspertlər tərəfindən tədris olunacaq.

EKO düşərgəyə cəlb edilmiş Sumqayıt gəncləri vasitəsi ilə şəhərdə ekoloji aksiyalar və kampaniyalar təşkil ediləcək.

Qeyd edək ki, düşərgədə iştirak üçün ərizələr  30 avqust saat 18:00-a kimi “Eko Düşərgə” başlığı altında nicat@csyo-az.org poçt ünvanına göndərilməlidir.

İştirakçıların seçimi 2 mərhələdə aparılacaq. Belə ki, 30 avqusta kimi iştirakçıların ərizələri qəbul ediləcək. İkinci mərhələdə isə ərizə forması ilə müraciət etmiş gənclərdən, layihə heyəti və təlimçi-ekspertlər müsahibə yolu ilə 15 gənc seçəcəklər.

Fidan Əliyeva
Gün.Az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər