Sumqayıt hadisələri ilə bağlı dəyirmi masa keçirildi

1027

Sumqayıt şəhər İcra Hakimiyyəti Gənclər və İdman Baş İdarəsi ilə birgə 1988-ci ilin fevral ayında ermənilər tərəfindən törədilmiş hadisələrin 25-ci ildönümü münasibətilə 27 fevral 2013-cü il tarixində Sumqayıtın Tarix Muzeyinin konfrans zalında “Tariximizi unutmayaq!” adlı  dəyirmi masa keçirilib. Bu barədə sumqayitxeber.com saytına Gənclər və İdman Baş İdarəsindən məlumat verilib.

Şəhər İcra Hakimiyyəti başçısının müavini Elgin Həbibullayev tədbirdə çıxış edərək tədbirin keçirilmə məqsədindən, Sumqayıtda törədilmiş hadisələri doğuran səbəblərdən, onun mahiyyətindən danışmışdır.

Geniş diskussiya şəraitində keçən tədbirdə Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənovun, Sumqayıt hadisələrinin tədqiqatçısı tanınmış publisist Eyruz Məmmədovun, tanınmış şair və dramaturq Əvəz Mahmud Lələdağın, gənclər təşkialtalrnın nümayəndələrinin və başqalarının çıxışlarında Sumqayıt hadisələri müfəssəl olaraq bir daha təhlil edilmiş, hadisələrin keçmiş Sovet İttifaqının rəhbəri Mixail Qorbaçovun dəstəyilə ermənilər tərəfindən xüsusi ssenari üzrə törədildiyi nəzərə çatdırılmışdır. Bildirilmişdir ki, Sumqayıtda törədilən hadisələr ermənilərin “Böyük Ermənistan” adlı məkrli və zəncirvari planının bir həlqəsi idi. Xalqımızın başına gətirilmiş faciələrin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması istiqamətində şəhərdə görülən işlərin daha da genişləndirilməsinin vacibliyi vurğulanmışdır.

Tədbir iştirakçılarına Baş İdarə tərəfindən rus, alman, fransız və iglis dillərində hazırlanaraq nəşr etdirilmiş “Erməni fitnəsi – Sumqayıt hadisələri” kitabı və “Unutqanlığımız faciəmizdir” adlı buklet təqdim edilmişdir

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər