Sumqayıt idmançıları 274 medal qazanıblar

403

Sumqayıtda şəhər Gənclər və İdman Baş İdarəsi aidiyyəti qurumlarla birgə cari ilin əvvəlindən 171 idman və gənclər tədbiri keçirib.

ONA-nın yerli bürosu xəbər verir ki, bu tədbirlərə, ümumilikdə, 21 min nəfərdən artıq iştirakçı və tamaşaçı cəlb edilib.

Eyni zamanda, 20 idman növü üzrə 147 şəhər birinciliyi, çempionatı, kütləvi bədən tərbiyəsi tədbirləri və təlim-məşq toplanışları keçirilib. Şəhər idmançıları respublika və beynəlxalq səviyyəli yarışlarda 274 medal qazanıblar. Sumqayıt idmançıları şəhərə 97-i qızıl, 71-i gümüş, 10-u da bürünc medal gətiriblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər