Sumqayıt idmanına ağır itki: əməkdar məşqçi ürək çatışmazlığından dünyasını dəyişdi - FOTO

2438
Sumqayıtın ilk cüdo məşqçilərindən olan, SSRİ idman ustası, əməkdar məşqçi Ənvər İskəndərov dünyasını dəyişib.
 
Mart 12-də dünyasını dəyişən 71 yaşlı Ə.İskəndərovun ölümünə səbəb ürək çatışmazlığı olub. Yaxınları sabah Saray qəsəbəsinin girəcəyindəki “Xeyir-şər” evində onunun üç mərasiminin keçiriləcəyini bildiriblər.
Qeyd edək ki, Ə.İskəndərov 1 noyabr 1946-cı ildə dünyaya gəlib. 1966-cı ildə Sumqayıt şəhər “Spartak Könüllü İdman Cəmiyyəti”ndə baş məşqçi vəzifəsində çalışıb. Bir çox beynəlxalq turnirlərdə qalib olan Ə.İskəndərov 1972-ci ildə Azərbaycanda cüdo idman növü yarandığı zaman Sumqayıtda fəaliyyət göstərən iki cüdo müəllimindən biri olub (digəri Əhmədli Rəcəbli).
O, cüdonun şəhərimizdə inkişaf etməsində böyük rol oynayıb. Valeh Məhərrəmov (beynəlxalq dərəcəli hakim), mərhum Sabir Adıgözəlov (sambo üzrə dünya kubokunun sahibi), Əlişan İskəndərov ( cüdo üzrə SSRİ idman ustası, ümumittifaq turnirlərin qalibi) və s. kimi idman sahəsində böyük xidmətlər göstərən şəxslər onun yetirmələri olublar. xeberle.com
Sumqayıt idmanına ağır  itki: əməkdar məşqçi ürək çatışmazlığından dünyasını dəyişdi  - FOTO

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər