Sumqayıt-ın baş məşqçisi püşkün nəticəsini dəyərləndirdi

547

“Tariximizdə ilk dəfə qatılacağımız Avropa Liqasındakı rəqibimizin kimliyini səbirsizliklə gözləyirdik. Dünən axşam məlum olan 4 potensial rəqibləri demək olar ki, analiz etmişdik. Onların hamısı öz liqalarının güclü klublarındandır”.

Goal.az-ın məlumatına görə, bunu “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov klubun rəsmi saytına açıqlamasında deyib.

Avropa Liqasının I təsnifat mərhələsinin püşkatmasının nəticəsini dəyərləndirən mütəxəssis rəqibi analiz etdiklərini bildirib: “Püşkün nəticəsinə əsasən, Şimali Makedoniyanın “Şkendiya” klubunu qəbul edəcəyik. Rəqibimiz ötən mövsüm çempionatı 3-cü pillədə bitirib. Olduqca güclü heyətə malikdirlər. Rəqibin heyətinə nəzər yetirsək, görərik ki, ötən mövsümün ikinci bombardiri də məhz bu komandanın üzvüdür. Şimali Makedoniya təmsilçisinin ən böyük üstünlüyü isə “Sumqayıt”la oyuna qədər çempionatda 3 tur oynaması olacaq”.

Abbasov Avropa Liqasında Azərbaycanın adını layiqincə təmsil etmək üçün əllərindən gələni etməyə çalışacaqlarını deyib.

Qeyd edək ki, “Sumqayıt” – “Şkundiya” matçı avqustun 27-də keçiriləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər