Sumqayıt İT Akademiyada olimpiadalara hazırlıq kurslarına qəbul elan olunub

934

Sumqayıt İnformasiya Texnologiyaları Akademiyasında olimpiadalara hazırlıq məqsədilə kurslar təşkil edilib. Xeberler.az-a Sumqayıt Şəhər İcra Hakimiyyətindən verilən məlumata əsasən,artıq şəhərin orta ümumtəhsil məktəblərinin 7-9-cu sinif şagirdlərindən ibarət yaradılmış iki qrupda dərslərə start verilib. Həftənin bazar ertəsi və cümə axşamları təşkil olunan dərslərdə iştirak edən şagirdlər məntiqi testlər vasitəsilə yoxlanılaraq qruplara qəbul ediliblər. Qeyd edək ki, digər yeni qrupların yaradılması məqsədilə Akademiyada artıq növbəti qəbul elan olunub. Məlumat üçün bildirək ki, Sumqayıt İnformasiya Texnologiyaları Akademiyası İnformasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi və İKT infrastrukturunun təkmilləşdirilməsi istiqamətində atılan addımların davamı olaraq 2009-cu ilin may ayında fəaliyyətə başlayıb.Akademiyanın əsas vəzifələri informatikanın və kompüter elmlərinin inkişafına dəstək göstərilməsi, təhsil sahəsində informasiya texnologiyalarının tətbiqi, İKT sahəsində maarifləndirmədir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər