“Sumqayıt Kimya Sənaye Parkı”nın gəlirləri və xərcləri 2 dəfə artıb

1336

2019-cu ildə İqtisadiyyat Nazirliyinə məxsus “Sumqayıt Kimya Sənaye Parkı” MMC 22 151 min manat gəlir əldə edib.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 2 dəfə çoxdur.

Ötənilki gəlirlərin 22 070 min manat əsas, 81 min manatı isə sair əməliyyat gəlirləri olub.

Hesabat dövründə şirkətin xərcləri də təxminən 2 dəfə artaraq 22 135 min manata çatıb. Bunun 148 min manatı istifadə edilmiş material ehtiyatlarının dəyəri, 1 977 min manatı işçi heyəti üzrə xərclər, 4 450 min manatı amortazasiya xərcləri, 15 173 min manatı digər əməliyyat xərcləri, 386 min manatı isə sair əməliyyat xərcləridir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər