Sumqayıt Kimya Sənaye Parkının ölkə iqtisadiyyatında rolu artır

1102

Sumqayıt şəhərində yerləşən və nəhəng infrastruktura malik Sumqayıt Kimya Sənaye Parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların istehsalı və emalı müəssisələri mövcuddur.

Bura sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabət qabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən məkandır.

Sumqayıt hazırda nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir və müasir sənaye mərkəzidir. Son illər ərzində Sumqayıtda yaradılan bütün müəssisələr ən yüksək ekoloji standartlara cavab verir.

İnnovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı, xidmətlərin göstərilməsi üçün münbit şəraitin yaradılması Sənaye parkının üstünlüklərindən biridir.

Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “Azerfloat” QSC-nin Vərəqə Şüşə istehsalı müəssisəsi artıq bu aydan etibarən məhsul ixracına başlayıb. Zavod müxtəlif çeşiddə, yüksək keyfiyyətli rəngli və şəffaf şüşə vərəqələri istehsal edir.

“Azerfloat” QSC-də vərəqə şüşə şəffaf və ya rəngli, eyni zamanda, kiçik və böyük ölçülərdə istehsal olunur. Dünyada vərəqə şüşənin 90 faizdən çox hissəsi – yüksək keyfiyyətli rəngli və rəngsiz, optik baxımdan təmiz şüşə tamamilə termoformalaşdırma texnologiyası ilə istehsal edilir. Artıq Azərbaycanda da bu sahədə ən müasir texnologiya tətbiq olunur.

Bunlarla yanaşı Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “SOCAR Polymer”in ixrac gəlirləri artıb.“SOCAR Polymer” Sumqayıt Kimya Sənaye Parkının ən böyük investorlarından biridir və parkın ərazisində polipropilen və polietilen istehsalı prossesini həyata keçirir.

Polipropilen və Yüksək Sıxlıqlı Polietilen zavodları öz növü baxımından Azərbaycanın ilk belə zavodlarıdır. Bu zavodlar polimer bazarının bu seqmentində istehsalın artırılması hesabına ölkənin neft-kimya sənayesinin inkişaf etməsi üçün imkan yaradır.

Sumqayıt Kimya Sənaye Parkının yaradılmasının əsas məqsədi Azərbaycanda iqtisadi inkişafın sürətləndirilməsi və innovasiyalar sahəsində aparıcı rol oynayan digər ölkələrlə müqayisədə rəqabət gücünün artırılmasından ibarətdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər