Sumqayıt Kimya Sənaye Parkının rezidenti nizamnamə kapitalını 4% azaldıb

741

İqtisadiyyat Nazirliyinə məxsus Sumqayıt Kimya Sənaye Parkının rezidenti STDC MMC nizamnamə kapitalını 11 169 176 manat, yaxud 3,7 % azaldıb.

“Report” xəbər verir ki, şirkətin kapitalı 299 488 430 manatdan 288 319 254 manata düşüb.

Azalma təsisçilərdən birinin əmlakını geri götürməsi ilə bağlıdır.

Xatırladaq ki, STDC 2016-cı ildə yaradılıb. Şirkət ABŞ və Avropada istehsal olunmuş avadanlıqlarından istifadə etməklə müxtəlif tipli informasiyaların emalı, saxlanılması və ötürülməsi, informasiya təhlükəsizliyinin təmin olunması sahəsində beynəlxalq və yerli müştərilərə xidmət edir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər