Sumqayıt mədəniyyətinə ağır itki: direktor vəfat etdi

3461

Sumqayıt mədəniyyətinə ağır itki üz verib.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin Corat qəsəbə Mədəniyyət Evinin direktoru Namiq Balamiyev vəfat edib.
Qeyd edək ki, N. Balamiyev iki bundan öncə insult keçirmişdi .
Balamiyev Namiq Balaəmi oğlu 1964-cü il iyulun 11-də Sumqayıt şəhərində anadan olub. 1987-1992-ci illərdə Sumqayıt şəhər S. Hacıbəyov adına orta ixtisas musiqi məktəbində təhsil alıb. 1987-1988-ci illərdə Corat qəsəbə Mədəniyyət Evində bədii rəhbər olub. 2001-ci ildən isə Corat qəsəbə Mədəniyyət Evinin direktoru vəzifəsində çalışırdı. N. Balamiyev fəaliyyət göstərdiyi müddətdə müxtəlif mükafatlarla təltif olunub.
Ailəlidir, 3 övladı var.
Allah rəhmət eləsin!

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər