Sumqayıt məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində şimal bölgəsinə səyahətə çıxıblar

1477

Prezident İlham Əliyevin tövsiyəsinə əsasən “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Sumqayıt şəhər orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri Quba, Qusar və Xaçmaz rayonlarına ekskursiyaya çıxıblar.

Əvvəlcə şəhərin Heydər Əliyev Mərkəzində tur-aksiyada iştirak edən məktəblilərlə görüş keçirilib.

Görüşdə  iştirakçılara turun məqsədi barədə məlumat verilib, Prezident İlham Əliyev tərəfindən gənc nəslə göstərilən dövlət qayğısından, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən söz açılıb. Bildirilib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan “Ölkəmizi tanıyaq” layihəsi gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayır.

Ekskursiya iştirakçıları ümummilli lider Heydər Əliyevin Mərkəzin önündə ucalan abidəsini ziyarət edib, önünə tər güllər düzərək ehtiramlarını bildiriblər.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər