Sumqayıt məktəblilərindən Zəfər Günü ilə bağlı maraqlı layihə – VİDEO

995

Sumqayıt şəhər Yusif Məmmədəliyev adına 31 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Arzu İmanova və 29 nömrəli tam orta məktəbin müəllimi Xəyalə Quliyevanın rəhbərliyi ilə “Sizə Zəfər məktubu var” layihəsini təqdim ediblər.

sumqayitxeber.com-a açıqlamasında Xəyalə Quliyeva bildirib ki, layihənin həyata keçirilməsində məqsədi Zəfər günü ilə əlaqədar olaraq şanlı ordumuzun əsgərlərinə, müharibə iştirakçılarına, qazilərə təbrik məktubu yazmaq, bu işdə gələcəyimiz olan şagirdləri prosesə cəlb edərək tarixin bir hissəsinə iz qoymağa,vətənə layiqli vətəndaş, şəxsiyyət formalaşdırmaqdır. Bu gün müstəqil, bütöv Azərbaycanın vətəndaşı kimi başıdik, şərəflə gəzə bildiklərini Liderimizə və ordumuza minnətdar olduqlarını öz məktublarında əks etdirdilər. Azərpoçt MMC-nin nümayəndələri məktubların çatdırılması üçün məktəblərə kuryer göndərib Zəfər gününə qədər ünvana göndərilmə ilə məktubları yerləşdirdi.
sumqayitxeber.com video roliki təqdim edir:

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər