Sumqayıt məktəblilərinin qoşulduğu layihələr uğurla yekunlaşıb-FOTO

448

Sumqayıt şəhər Tofiq İsmayılov adına 29 nömrəli tam orta məktəbin müəllimi Quliyeva Xəyalənin təsisiçisi və iştirakçısı olduğu layihələr uğurla yekunlaşıb.

Belə ki, eTwinning çərçivəsində üç layihədə iştirak edən 5c və 9 c şagirdlərinin Azərbaycandan və Türkiyədən olan şagirdlərlə ortaq fəaliyyəti nəticəsində həm öyrənmək, həm də müxtəlif səriştələrə sahib olmaq imkanı əldə etdilər.

“Nizaminin dünyada izi”, Kahramanım çocuk 2.0″, “Zorbalığa dur de akranınla el ele” layihələri müxtəlif fəaliyyətləri özündə cəmləşdirən produktiv və səmərəli mühitdə təşkil edilib. Xəyalə Quliyevanın sözlərinə görə bu formatda keçirilən layihələr şagirdlərinin dünyagörüşünün, kommunikativ, rəqəmsal, yaradıcı, tənqidi bacarıqlarının inkişafında mühüm rol oynayır.

Layihələrin sonunda şagirdlərə Türkiyə və Azərbaycandan verilən sertifikatlar onların böyük sevincinə səbəb olub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər