“Sumqayıt Narkomaniyaya Yox Deyir” adlı növbəti görüş keçirilib

1605

14 mart 2022-ci il tarixində Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın, Sumqayıt şəhər Polis İdarəsi, şəhər Gənclər və İdman Baş İdarəsi, Təhsil Şöbəsi və Narkoloji Dispanserin birgə təşkilatçılığı ilə şəhər İncəsənət Məktəbində “Sumqayıt Narkomaniyaya Yox Deyir” devizi altında maarifləndirici xarakterli görüş keçirilmişdir.
Görüşün keçirilməsində məqsəd gəncləri sağlam həyat tərzi sürmələrinə təşfiq etmək, narkomaniya, tütün, alkoqol və digər psixatrop maddələrin mənfi təsiri ilə bağlı məlumatlandırmaq və onların bu sahədə davranışlarının təkmilləşdirilməsidir.
İlk öncə yeniyetmə və gənclərin əl işlərindən ibarət “Narkotiksiz Gənclik” adlı rəsm sərgisinə baxış keçirilmişdir.
Görüşdə çıxış edənlər şəhər Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Anar Əliyev, Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Ceyhun Hüseynov,şəhər Təhsil Şöbəsinin əməkdaşı Cəmilə Fəyyaz, Narkoloji Dispanserin həkimi Vüsal Cabbarov və Sumqayıt Reabilitasiya Mərkəzinin psixoloqu Əzizə Güləhmədova Respublikamızda narkomaniya və narkobizneslə mübarizənin ən üst səviyyədə aparıldığını, şəhər Polis İdarəsinin aidiyyatı bölmələri ilə yanaşı ictimai təşkilatların da bu istiqamətdə fəallıqlarının artırıldığını qeyd etdilər. Bildirilmişdir ki, şəhərdə narkomaniya əleyhinə mütəmadi olaraq tədbirlər keçirilir, yeniyetmə və gənclərə narkomanların taleyi, narkomaniyanın fəsadları, sosial təsirləri və ondan qorunmağın yolları barədə məlumatlar verilir.
Sonda gənc musiqiçilərin ifasında musiqi nümunələri səsləndirilmişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər