Sumqayıt polisi əməliyyat keçirdi – Saxlanılanlar var

4953

Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

sumqayitxeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş F.İbrahimovdan 3 kiloqram 200 qram, 3-cü PB-nin əməkdaşları tərəfindən şəhər sakinləri olan, əvvəllər məhkum olunmuş E.Abbasovdan 470 qram, A.Şahmuradovdan isə 490 qram, 4-cü PB-nin əməkdaşları tərəfindən şəhər sakini, əvvəllər məhkum olunmuş T.Şahbazovdan 465 qram marixuana aşkar edilərək götürülüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər