“Sumqayıt” – “Qarabağ” matçında aprel şəhidləri anılıb

397

Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində keçirilən “Sumqayıt” – “Qarabağ” matçından əvvəl “Kapital Bank Arena”da Aprel döyüşlərinin ildönümü qeyd olunub.

“Report”un məlumatına görə, hər iki komanda və hakimlər briqadası meydana üzərində “Şəhidlər ölməz, vətən bölünməz!” yazılmış formalarla çıxıblar.

Bu yazıda həm də döyüşlər zamanı şəhid olanların fotoları əksini tapıb. Komandalar meydana çıxarkən dövlət himni səsləndirilib. Eyni zamanda stadionda Aprel şəhidlərinin adları səsləndirilib, tribunadan “Burada” cavabı verilib, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı verilib.

Qeyd edək ki, hazırda “Qarabağ” öndədir – 4:0.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər