Sumqayıt QHT-si gənclərin peşə seçiminə dəstək olacaq

1045

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrası ilə əlaqədar olaraq gənclər təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı 2012-ci ilin sentyabr ayının 11-dən oktyabr ayının 11-dək Gənclər və İdman Nazirliyi tərəfindən elan olunmuş müsabiqəyə 80 təşkilat layihə təqdim edib.

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrasına öz dəstəyini verən QHT-lərdən biri də “Demokratik Gənclər” İctimai Birliyidir. “Peşələri məsafədən seçək”! distant məlumat məsləhət xidmətinin yaradılması layihəsinin əsas məqsədi gənclərin müasir peşələrə stimullaşdırılması, köhnə steotiplərdən uzaqlaşdırmaq, informasiya texnologiyalarının imkanlarından istifadə etməklə gənclərə peşə seçimində dəstəyin göstərilməsi, karyera qurmalarına və məşğulluq problemlərinin risksiz həllinə kömək etmək, əmək bazarı və gənclərin hazırlığı arasında daha yüksək uyğunluq səviyyəsinin təmin edilməkdən ibarətdir.

Birlikdən “sumqayitxeber”ə verilən məlumata görə, “Peşələri məsafədən seçək”! distant məlumat məsləhət xidmətinin yaradılması layihəsi “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə müvafiq tədbirlər planınında (6.6.3.7 bəndi) nəzərdə tutulan fəaliyyətlərin icrasına yönəlməklə gənclər işinə böyük töhfələr verəcəkdir.

Layihə çərçivəsində peşə seçimi ilə bağlı İnternet Portal yaradılacaq ki, gənclər portal vasitəsi ilə özlərinin bacarıqlarının hanı istiqamətə daha uyğun olduqlarının müəyyən edilməsini, müxtəlif iş və peşə seçimi imkanları, distant təhsil vasitəsi ilə müxtəlif kurslardan keçmə imkanlarına eyni zamanda interaktiv məlumat – məsləhət xidmətlərinin alması kimi imkanlara malik olacaqlar.
Bu portalda interaktiv elektron resurslar, Gənclərin karyera hazırlığı ilə əlaqədar video çarxlar, bundan əlavə Birliyin nəşr etdiyi “Uğurlu təlim peşələri, onların seçimi, seçimlər zamanı yaranan çətinliklər və onların aradan qaldırılma yolları” kitabının elektron versiyası yerləşdiriləcək.

Layihədən sonra təlim keçilən regionlarda bu regionların Dövlət Qrumları, xüsusi ilədə Gənclər İdman İdarələri və Məşğulluq İdarəsi ilə görüşlərin keçirilməsi və bu görüşlər nəticəsində bu regionda Karyera mərkəzlərinin yaradılması nəzərdə tutulub.

Mərkəzdə işləmək üçün könüllü Təlimçilər yetişdiriləcək. Bu könüllü təlimçilər qazandıqları bilik və bacarıqlar vasitəsi ilə öz regionlarında gənclərin karyera bacarıqlarının artırılmasına köməklik göstərəcəklər. Layihə çərçivəsində 300 nəfər gənc iş yerlərinin axtarılması və karyera imkanlarınının qazanılması təcrübəsi əldə edəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər