Sumqayıt şagirdləri “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi oldu

1843

Mayın 7-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

“Ən yaxşı təqdimat” müsabiqəsində Sumqayıt məktəbliləri qalib gəlib.

Təbiət Elmləri Təmayüllü Gimnaziyanın şagirdi Kərimli Bahar 1-ci yerə, 11 saylı məktəbin şagirdi Şərəfxanlı Ərturqut isə 3-cü yerə layiq görülüb.

“Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov, Milli Məclisin sədr müavini Bahar Muradova, digər dövlət rəsmiləri,  millət vəkilləri, təhsil müəssisələrinin, media qurumlarının rəhbərləri, təhsil ekspertləri, müəllim və şagirdlər iştirak ediblər.

Təhsil naziri Ceyhun Bayramov çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyev təhsilin inkişafına daim böyük diqqət və qayğı göstərib, təhsilin inkişafı hər zaman ümummilli liderin genişmiqyaslı fəaliyyətində prioritet sahə kimi mühüm yer tutub. Ulu öndər tərəfindən əsası qoyulan inkişaf strategiyasının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən Təhsil naziri bu sahədə əhəmiyyətli işlərin görüldüyünü vurğulayıb. “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası istiqamətində əldə edilmiş nailiyyətləri diqqətə çatdıran Ceyhun Bayramov qarşıda mühüm hədəflərin dayandığını da əlavə edib.

Təhsil naziri bu müsabiqənin müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin zəngin irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən davamlı olaraq öyrənilməsi məqsədilə keçirilən kütləvi və mühüm tədbirlərdən biri olduğunu vurğulayıb, müsabiqənin qaliblərini təbrik edərək onlara uğurlar arzulayıb.

 

Daha sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Möhbalıyev çıxış edərək müsabiqənin gənclərin bilik və bacarıqlarının artırılmasına töhfə verdiyini qeyd edib. Səttar Möhbalıyev  müsabiqə iştirakçılarının Komitə tərəfindən  mükafatlandırılacağını deyib.

Mərasimdə müsabiqə qaliblərinin təqdimatlarından ibarət qısa videoçarx nümayiş olunub. Videoçarx Təhsil televiziyası tərəfindən hazırlanıb.

“Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, 6 nəfər I, 11 nəfər II, 18 nəfər III dərəcəli diplomla, 27 nəfər isə tərifnamə ilə təltif olunub.

Müsabiqə qaliblərinə diplomlar və qiymətli hədiyyələr təqdim edilib.

Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqə Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunub

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər