Sumqayıt sahibkarları Almaniya təcrübəsini öyrənəcək

223

Fevralın 1-də Sumqayıtda Almaniyanın GIZ (InWEnt) təşkilatının nümayəndələrinin iştirakı ilə “Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan ikitərəfli Proqramı”na həsr edilmiş tədbir keçiriləcək.

«APA-ECONOMICS»in məlumatına görə, Bakı Biznes Tədris Mərkəzinin təşkil etdiyi tədbir fevral-mart ayında Almaniyada keçiriləcək ixtisasartırma kurslarında Sumqayıt sahibkarların və menecerlərin iştirakını təmin etməkdir. Qonaqlar Sumqayıtdakı yerli müəssisələrlə də tanış olacaqlar.

Qeyd edək ki, Bakı Biznes Tədris Mərkəzi Azərbaycan İqtisadi İnkişaf Nazirliyi və Almaniyanın İqtisadiyyat və Texnologiyalar Nazirliyi arasında əməkdaşlıq Memorandumuna əsasən Almaniyanın GİZ təşkilatı ilə birlikdə sahibkarların və sahibkarlıq subyektlərində çalışan menecerlərin Almaniyada 1 ay müddətində ixtisasının artırılmasını təşkil edir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər