Sumqayıt sakini 9-cu mərtəbədən yıxıldı

1149

Bakıda tikintisi davam edən binada ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Hadisə dekabrın 23-də Abşeron rayonu, Saray qəsəbəsində olub.

“Halal” MTK-nin inşa etdiyi hündürmərtəbəli yaşayış binasında suvaq işləri görən usta, Sumqayıt şəhər sakini, 1981-ci il təvəllüdlü Həbibzadə Camal Mircəfər oğlu binanın 9-cu mərtəbəsindən yıxılaraq ölüb.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü ((tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma; ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər