Sumqayıt sakini həyat yoldaşını bıçaqlayıb

800

Sumqayıt sakini həyat yoldaşını bıçaqlayıb. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib. Məlumata görə, hadisə şəhərin 8-ci mikrorayon, ev 29/18, mənzil 77-də baş verib. Sözügedən ünvanda yaşayan, 1970-ci il təvəllüdlü Sərfinaz Səfərova həyat yoldaşı, 1966-cı il təvəllüdlü Azad Səfərov tərəfindən bıçaqlanıb. S. Səfərova ürək nahiyyəsindən aldığı ağır bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən A. Səfərov isə polis tərəfindən saxlanılıb. İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəmnində baş verib. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər