Sumqayıt sakini təcridxanaya narkotik keçirmək istədi, tutuldu

436

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə sumqayitxeber.com-a Penitensiar Xidmətdən məlumat verilib.

Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş İbiş Əliağa oğlu İbişli ilə qısamüddətli görüşə gəlmiş qohumu Sumqayıt şəhər sakini Şamil Elxan oğlu Qəhrəmanovun əşyalarına və üzərinə baxış keçirilən zaman cibində gizlətdiyi kağız bükülüdə ümumi çəkisi 0,058 qram olan narkotik maddə – heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər