Sumqayıt sakini Tovuzda bibisi tərəfindən bıçaqlandı

1062

Tovuzda bıçaqlanma hadisəsi olub.
Tovuz rayon Polis şöbəsindən “Report”un Qərb bürosuna verilən məlumatına görə, 1990-cı il təvəllüdlü Sumqayıt sakini Qasımov Cavid Fəzail oğlu Tovuza qonaq gedib və hələ ki, bilinməyən səbəblərdən bibisi tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilərək əməliyyat edilib. Hazırda Reanimasiya şöbəsində müalicəsi davam edən yaralının vəziyyəti ağırdır.
Hadisə ilə bağlı bəzi məlumatlar məlum olub.
Bıçaqlanan C.Qasımov bibisinin evinə zorla daxil olub, bu zaman bibisi onunla mübahisə edən zaman qadın qardaşı oğlu tərəfindən döyülüb. Müxtəlif bədən xəsarətləri alan qadın mətbəx bıçağına əl ataraq onu bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər