Sumqayıt sakinini elektrik cərəyanı vuraraq öldürüb

1338

Sumqayıt sakinini cərəyan vuraraq öldürüb.

“Report” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində cərəyan vurması nəticəsində ölən 1990-cı il təvəllüdlü Əlməmmədov Elvin Kamran oğlunun meyitinin damdan götürülməsi üçün müraciət daxil olub.

Hadisə yerinə cəlb olunmuş Sumqayıt Regional Mərkəzinin qəza-xilasetmə dəstəsi E.Əlməmmədovun meyitini elektrik naqilindən ayıraraq damdan düşürüb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Daha əvvəl Neftçalada 3 yaşlı uşağı elektrik cərəyanı vuraraq öldürüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər