Sumqayıt sakinləri nazirlə görüşdə hansı məsələləri qaldırdı?

1619

Mədəniyyət naziri Əbülfəs Qarayev yanvarın 25-də Xızı şəhərində vətəndaşları qəbul edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, qəbuldan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə tər çiçək dəstələri düzülüb.

Sonra nazir Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub, tapşırıq və tövsiyələrini verib.

Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Sumqayıt şəhərindən, Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa rayonlarından vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.

Sumqayıtdan qəbula gəlmiş sakinlər 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi ilə bağlı şəhərdə “Nəsimi poeziyası” respublika festivalının keçirilməsi, rəssamların və tətbiqi sənət ustalarının əl işlərinin xarici ölkələrdə sərgi və satışının təşkil olunması, 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş Əbdülməcid Axundova həsr olunmuş “Mən səninləyəm, ana Vətən” sənədli-bədii filminin Bakıda təqdimatının keçirilməsi və digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırıblar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər