Sumqayıt sakinləri Nazpəriyə 350 min verdi

2144

Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Nazpəri Dostəliyevanın və digər şəxslərin evindən oğurluq etməkdə təqsirləndirilən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ruslan Verdiyev, Yunis Hüseynli, Asif Həmidov, Cavid Əliyev və Natiq Fərəcovun məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə zərərçəkmiş Nazpəri Dostəliyevanın məhkəməyə gəlmədiyi bildirilib.

O, teleqram vuraraq prosesdə iştirak edə bilməyəcəyini deyib: “İstintaqa verdiyim ifadəmi təklif edirəm. Mənə dəymiş ziyan ödənildiyi üçün təqsirləndirilən şəxslərdən şikayətçi deyiləm”.

 Proses oktyabrın 4-də davam etdiriləcək.

N.Dostəliyeva istintaqa ifadəsində deyib ki, evindən ümumilikdə 311 min manatlıq qızıl-zinət əşyası, 15 min dollar, 3 min avro və 2 min fund-sterlinq maddi ziyan dəyib: “İstintaq dövründə qızıllarım və pullarımın bir qismi qaytarıldı. Daha sonra təqsirləndirilən şəxslərin valideynləri tərəfindən yerdə qalan qızıl və pulum da ödənilib”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər